İki rayon arasında əlaqə kəsilir – sürücülərə xəbərdarlıq

İki rayon arasında əlaqə kəsilir – sürücülərə xəbərdarlıq Sosial

Təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.