Leyla Əliyeva yeni şeirini paylaşdı – VİDEO

Leyla Əliyeva yeni şeirini paylaşdı – VİDEO Sosial

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qələmə aldığı şeiri özünün "Instagram" hesabında paylaşıb.

News24.az paylaşımı təqdim edir:

Gecə donun çıxarıb, şəfəq üzümə gülür,

Və bu an ömrümüzə yeni ömür bəxş edir.

Bilirəm, günəş batar, yenə sübhədən doğular,

Necə ki bir düşüncə yaranıb-yoxa çıxar...

Heç nə gözləmirəm mən, deyirlər mən unutmuşam sevməyi,

Ağlıma qalib gələn hisslərimi, sevgimi.

Bəlkə bu həyat mənə ötəri bir yuxudur,

Nə zamansa yazdığım bir nağıldır, oxudur...

Səssiz gecə səhrada Allaha yalvarmışam,

Qaytarsın qürurumdan kor olan gözlərimi.

Bəlkə, dostum, həyattək səni də uydurmuşam,

Qoymaram, sənə doğru uzana əllərimi...

Çoxları sevməyimi unutmuşam desə də,

Bu qədərsiz sevginin qədərini bilmədi.

Ürəyim çoxu ilə vursa da, döyünsə də,

Kiməsə əsir düşüb, kiməsə əyilmədi.

Quşlar elə oxuyur — ruhum riqqətə gəlir,

Məni məndən qoparıb, yaşamağa səsləyir.

Kədərlənmə, üzülmə, hər şey ötüb-keçəcək,

Bil ki, mən qədər səni heç kimsə sevməyəcək!