Magistraturaya cavablar nə zaman açıqlanacaq?

Magistraturaya cavablar nə zaman açıqlanacaq? Sosial

Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.

Bəs imtahan nəticələri nə zaman açıqlanacaq?

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan nəticələri 2 mərhələdə elan olunacaq:

"Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq".