Məleykə Abbaszadə Kamran Əsədovun həbsinə belə REAKSİYA VERDİ

Məleykə Abbaszadə Kamran Əsədovun həbsinə belə REAKSİYA VERDİ Sosial

"Təhsil sahəsində bu kimi halların baş verməsi çox təəssüfedicidir".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, imtahan proseslərində bu cür neqativ halların yaşanması heç də xoş qarşılanmır:

“Onun kimilər, bu düşüncədə olan şəxslər bilməlidirlər ki, hər şey DİM tərəfindən ciddi nəzarətdə saxlanılır. Bu sahədə hər hansı qanunsuzluğa yol verənlər məsuliyyətə cəlb olunacaqlar. Valideynlər isə xüsusilə diqqətli olmalıdırlar ki, övladları bu kimi əməllərin qurbanına çevrilməsin”.

M.Abbaszadə vurğulayıb ki, imtahanların şəffaf və ədalətli keçirilməsi DİM-in əsas prioritetlərindəndir və bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndiriləcək.