Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi
Sosial
Xalq artisti Məleykə Əsədovanın qızı Gülər xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə aktrisa özünün sosial media hesabında paylaşım edərək məlumat verib.
Onun sözlərinə görə, Gülər son günlər geniş yayılan virus infeksiyasına yoluxub.
Aktrisa paylaşımında bildirib:
"Gözəl qızım qripə tutulub. Hamı özünü bu pis virusdan qorusun. Xəstəxanaya gedirəm. Allah heç kəsi xəstələndirməsin".