Məsud Məmmədov vəfat etdi
Sosial
Professor Məsud Məmmədov (Məsud Dövran) vəfat edib.
News24.az xəbər verir ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Məsud Əliağa oğlu Məmmədov bu gün vəfat edib.
Alim 1973-cü ildə elm aləmində demək olar ki, tədqiq olunmamış “Xələc dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edən Məsud Məmmədov 1985-ci ildən professor adını alıb.
O, 1975–1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim kimi fəaliyyətə başlayıb, sonradan “Rus dili” kafedrasının müdiri, “Rus dili və ədəbiyyatı” fakültəsinin dekanı, 1987–1992-ci illərdə isə tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlib.
1992–1994-cü illərdə Qazaxıstanın Türkistan şəhərində fəaliyyət göstərən Türk–Qazax Beynəlxalq Universitetinə dəvət olunaraq “Türk dili” kafedrasının müdiri kimi çalışıb.
1994-cü ildən etibarən Lənkəran Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətini davam etdirən Məsud Dövran 300-ə yaxın elmi məqalənin, 5 monoqrafiyanın və 6 şeir kitabının müəllifidir. (Teleqraf)