Metroda gedişhaqqı dəyişəcək? – Rəsmi

Metroda gedişhaqqı dəyişəcək? – Rəsmi Sosial

Bu məsələ hələlik uzaq perspektivdədir. Hazırda yalnız təhlillər aparılır və yaxın gələcəkdə konkret qərarın verilməsi nəzərdə tutulmur. Dünya təcrübəsi öyrənilir və mövcud yanaşmalar araşdırılır.

News24.az bu barədə Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov metroda gedişhaqqının məsafəyə görə tətbiqi haqda danışarkən deyib.

“Diferensial ödəniş mexanizmlərinin hər birinin özünəməxsus texniki şərtləri və tələbləri mövcuddur. Hansı mexanizmə üstünlük veriləcəyi ilə bağlı danışmaq üçün hələ tezdir”, – o bildirib.

Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində təhlillər aparıldığını və bunun yaxın gələcəkdə tətbiqinin mümkünlüyünü açıqlamışdı. (Axar.az)