Millət vəkilindən duyğulu paylaşım - Foto
Sosial
Millət vəkili, tanınmış ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov sosial şəbəkə hesabında valideynlərinin vəfatı ilə bağlı kövrək paylaşım edib.
News24.az xəbər verir ki, o bu günün həyatında ən ağır xatirələrdən birinin ildönümü olduğunu bildirib:
"Həkim olaraq hər gün yüzlərlə insana şəfa vermək üçün əlimizdən gələni edirik, çoxlarına ümid və həyat bəxş etmək nəsib olur. Amma bütün bu illərdə içimdə sağalmayan bir yaranı – ən müqəddəs varlığım olan anam və atam üçün heç nə edə bilməməyin acısını daşıyıram. Bu, həkim üçün də, övlad üçün də ən ağır sınaqdır. Bəzən düşünürəm ki, bəlkə də Allah bu çarəsizliyin qarşılığında, onların tərbiyəsi, duası və haqqı ilə mənə on minlərlə insana kömək etmək gücü və imkanı verdi. Valideyin duası insanın ömür yolunu işıqlandıran ən böyük nur imiş… Ruhun şad olsun, əziz ana. Həyatda olan valideynlərə sağlam və xoşbəxt ömür arzulayıram!"