Milli Qəhrəmanın cənazəsi vətənə gətirildi – Yeniləndi
Sosial
İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi bu gün saat 21:05-də vətənə gətirilib.
News24.az xəbər verir ki, mərhumun cənazəsi onun yaxınlarına təhvil veriləcək.
Qeyd edək ki, Şahin Tağıyevin vida və dəfn mərasimi 16 yanvar tarixində saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyabanda) keçiriləcək. (APA)
**
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida və dəfn mərasimi sabah saat 11:00-da keçiriləcək.
News24.az xəbər verir ki, o, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Qeyd edək ki, Ş.Tağıyevin cənazəsi bu gün axşam Bakıya gətiriləcək.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə Qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.(APA)