MN: Təlimlərə cəlb edilən qoşunlar tapşırıqları icra edir

MN: Təlimlərə cəlb edilən qoşunlar tapşırıqları icra edir Sosial
Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir.

Qəbul edilmiş qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları icra edir.
MN: Təlimlərə cəlb edilən qoşunlar tapşırıqları icra edir