“Qeyri-etik ifadələr işlədən müğənniləri efirə çağırmaq düzgün deyil” - MTRŞ - RƏSMİ

“Qeyri-etik ifadələr işlədən müğənniləri efirə çağırmaq düzgün deyil” - MTRŞ - RƏSMİ Sosial
"Müğənni Rüfət Axundov Xəzər TV-də yayımlanan "Hər şey daxil " proqramından Milli Televiziya və Radio Şurasinın göstərişi ilə qovulmayıb".

Bunu News24.az
-a açıqlamasında Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Acəf Hacıyev deyib. O, bildirib ki, MTRŞ-nin belə qərarlar vermir və ixtiyarı yoxdur: "Biz sadəcə telekanallara tövsiyə etmişik ki, qeyri-etik ifadələr işlədən şəxsləri, eləcə də müğənniləri efirə çağırmasınlar”.  

Qeyd edək ki, Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" proqramında qonaq olan Rüfət Axundovun efirdən qovulması barədə xəbərlər yayılıb və bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) göstərişi ilə edildiyi qeyd edilib.

Afaq MİRAYİQ