Müsahibə mərhələsi başa çatdı: neçə nəfər direktor təyin ediləcək?

Müsahibə mərhələsi başa çatdı: neçə nəfər direktor təyin ediləcək? Sosial

2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri əsasında 131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verilib.

News24.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin 17–18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.

Həmin mərhələdə iştirak edən 389 nəfər namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və onlardan 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müsbət rəy verilib.

Müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumat göndərilib.