Naxçıvanda yeni rəis təyin edildi
Sosial
Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib
News24.az “Report”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Ramil Eminov sözügedən idarənin rəisi təyin olunub.
R.Eminov bundan əvvəl FHN-in Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru və digər vəzifələrdə çalışıb.