Nazir Azərbaycanda plastik-estetik cərrahiyyə sahəsində mövcud vəziyyətdən DANIŞDI
Sosial
Azərbaycanda plastik və estetik əməliyyat aparmaq icazəsi olan 45 həkim fəaliyyət göstərir.
News24.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, həmin həkimlərin siyahısı açıq şəkildə dərc olunub və ictimaiyyət üçün əlçatandır.
Onun sözlərinə görə, plastik-estetik cərrahiyyə sahəsində fəaliyyətin tənzimlənməsi və pasiyent təhlükəsizliyinin təmin olunması prioritet istiqamətlərdəndir.
“Ölkədə plastik-estetik cərrahiyyə üzrə iki ixtisaslaşmış mərkəz yaradılıb. Həmin mərkəzlər tam kadr heyəti və ən müasir tibbi avadanlıqlarla təmin edilib. Bundan əlavə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası əsaslı təmir olunub. Klinikanın yaxın zamanda rəsmi açılışı nəzərdə tutulur”.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlər plastik və rekonstruktiv cərrahiyyə sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə, ixtisaslaşmış kadr hazırlığının gücləndirilməsinə və bu sahədə vahid nəzarət mexanizminin formalaşdırılmasına xidmət edir.