Nazir generalı təqaüdə göndərdi

Nazir generalı təqaüdə göndərdi Sosial

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.

News24.az-ın əldə etdiyi məlumata görə, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunmuşdu. (Qaynarinfo)