Nazir sədr müavinini vəzifəsindən azad etdi - Foto
Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (SSƏMN) yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad olunub.
News24.az xəbər verir ki əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib.
Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. (Qaynarinfo)