Sahil Babayevin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Sahil Babayevin həmin videosu ilə bağlı - Rəsmi açıqlama Sosial

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-də Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub.

Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməsi öz əksini tapıb.

News24.az xəbər verir ki,  nazirlikdən bildirilib ki, Anım Günündə müraciət edən vətəndaşlar nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev tərəfindən yerindəcə qəbul olunub və müraciətləri baxılması üçün “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə təqdim olunub: “Müraciətlərin mahiyyəti Maliyyə Nazirliyinin fəaliyyət dairəsinə aid olmadığı nəzərə alınaraq, araşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib”.

Xatırladaq ki, Sahil Babayev 2018-ci ildən bu ilin fevralına qədər əmək və əhalinin sosial müdafiəsi naziri olub. (Qafqazinfo)