Nərimanovun bəzi ərazilərində qaz kəsiləcək

Nərimanovun bəzi ərazilərində qaz kəsiləcək Sosial

Bakının Nərimanov rayonunun iki küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə News24.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, X.Ulutürk küçəsi ilə M.Nərimanov küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun X.Ulutürk və M.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.