"Ödənişsizdir” deyə yüklədiyiniz tətbiqlər hesabınızdan pul silə bilər - Dərhal yoxlayın
Sosial
Smartfon istifadəçilərinin çoxu bilmədən eyni tələyə düşür. “1 həftə pulsuz sınaq” adı ilə təklif edilən bir çox mobil tətbiq sınaq müddəti bitdikdən sonra avtomatik olaraq ödənişli abunə planına keçir və hər ay istifadəçinin kartından vəsait çıxılır.
News24.az-ın məlumatına görə, mütəxəssislər bunun qanuni görünsə də, psixoloji təsir üzərinə qurulmuş bir rəqəmsal tələ olduğunu bildirirlər.
İstifadəçi “Ödənişsiz sına” düyməsinə toxunduqda, sistem avtomatik olaraq onun kart məlumatlarını yadda saxlayır. Əgər 7 gün ərzində abunəlik ləğv edilməzsə, tətbiq 1 aylıq, bəzən isə birbaşa 1 illik abunə haqqını çıxır. Bəzi hallarda bu məbləğ minlərlə manata çata bilər.
Xeyrənsə Piriyeva