Paytaxtın bu ərazilərində qaz olmayacaq

Paytaxtın bu ərazilərində qaz olmayacaq Sosial

Paytaxtın Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan News24.az-a verilən məlumata görə, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının aradan qaldırılması işləri ilə əlaqədar 16.01.2026-cı il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.