Pensiya ödənişləri ilə bağlı mühüm xəbər

Pensiya ödənişləri ilə bağlı mühüm xəbər Sosial

Dövlət Sosial Müdafiə Fondunun əsas fəaliyyət istiqaməti pensiya sistemlərinin inkişafıdır.

News24.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, pensiyaçıların ümumi sayında ötən illə müqayisədə ciddi dəyişiklik müşahidə olunmayıb:

"2025-ci ildə ölkə üzrə orta pensiya məbləği 543 manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artım deməkdir. Yaşa görə pensiyanın orta məbləği isə 578 manata çatıb və bu göstərici əvvəlki illə müqayisədə 9,2 faiz yüksəlib. Operativ məlumatlara əsasən, orta pensiya məbləği orta aylıq əməkhaqqının 49,9 faizini, yaşa görə pensiya isə 53,2 faizini təşkil edir. Bu nisbətlər beynəlxalq təşkilatların tövsiyə etdiyi sosial təminat standartlarına tam uyğundur və pensiya sistemində aparılan islahatların effektivliyini göstərir".