Polis gücləndirilmiş iş rejiminə keçdi – Video

Polis gücləndirilmiş iş rejiminə keçdi – Video Sosial

Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.

Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir.