“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar

“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar Sosial

Fevral ayının 15-də tədqiqatçı yazar, tanınmış jurnalist İlham Tumasın müəllifi, Şahin Sərdarlının layihə rəhbəri olduğu olduğu “Prezidentə sui-qəsd” adlı yeni kitabın təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, kitab Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatına və dövlətçilik fəaliyyətinə qarşı planlaşdırılmış sui-qəsd cəhdlərini arxiv sənədləri və rəsmi materiallar əsasında araşdıran fundamental tədqiqat əsəridir.

Nəşr Azərbaycan Respublikası Prokurorluğu və Ali Məhkəməsinin arxiv materialları əsasında hazırlanıb. Əsərdə Ulu Öndərə qarşı həyata keçirilməsi planlaşdırılan və icra mərhələsinə çatdırılan terror aktlarının tarixi, siyasi və hüquqi aspektləri geniş şəkildə təhlil olunur. 1995-ci il iyul ayının 2-də xarici səfərdən qayıdan Prezidentin təyyarəsinin raket qurğusu vasitəsilə vurulması üçün planlanan terror kitabda daha geniş şəkildə şərh olunub.

Kitab bütövlükdə Heydər Əliyev şəxsiyyətinə və siyasi irsinə həsr olunub. Müəllif yalnız faktları təqdim etməklə kifayətlənmir, eyni zamanda Ulu Öndərin dövlətçilik fəlsəfəsinə, tarixi roluna və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinə apologiya xarakterli yanaşma sərgiləyir.

Yeri gəlmişkən, müəllifin daha əvvəl işıq üzü görmüş Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv materialları əsasında hazırladığı “Gizli cinayətlər” kitabı da bu günlərdə 6-cı dəfə nəşr olunub. Kitab Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar “Prezidentə sui-qəsd” kitabının təqdimatı keçirildi - Fotolar