"Qərarı robot yox, həkim verir"

 "Qərarı robot yox, həkim verir" Sosial

"Əməliyyat zamanı robotik sistem heç bir müstəqil qərar vermir. Bütün qərarlar yalnız həkimlər tərəfindən qəbul olunur. Bu texnologiya əməliyyat prosesində qanaxmanı minimuma endirir və risk səviyyəsini xeyli aşağı salır"

News24.az xəbər verir ki, bu sözləri Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair media nümayəndələri üçün keçirilən brifinq zamanı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, robotik cərrahiyyə sistemi çoxsaylı təhlükəsizlik mexanizmləri və sensorlarla təchiz edilib: "Eyni zamanda həkimlər Türkiyədə ixtisaslaşmış həkim heyətidir. Əməliyyat zamanı risk yüksək olarsa sistem əməliyyatı dayandırır, xəstənin və həkimin təhlükəsizliyini təmin edir".