“Qızıl Ulduz” Azərbaycanın əsas medalı olub

“Qızıl Ulduz” Azərbaycanın əsas medalı olub Sosial
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1465 VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

News24.az-ın məlumatına göörə, sərəncama əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində “Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilsin:” sözlərindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilib: “Qızıl Ulduz” medalı;”. Bununla da Azərbaycanın əsas medalı “Qızıl Ulduz” medalı olub.