Qriplə bağlı Azərbaycanda SON DURUM
Sosial
"Hazırda qripə yoluxmuş xəstələrin sayı çox olsa da, ölüm halları qeydə alınmayıb".
News24.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, hazırda qripə yoluxan xəstələr arasında əsasən uşaqlar stasionar müalicəyə cəlb olunurlar.
Vüqar Qurbanov həmçinin xatırladıb ki, son dövrlərdə geniş yayılmış qrip barədə vətəndaşlar sentyabr ayında Səhiyyə Nazirliyi tərəfindən vaksinasiya olunmaları barədə xəbərdar edilmişdi.