Ramazan ayının 10-cu günü: duası, imsak və iftar vaxtları
Sosial
Sabah Ramazan ayının onuncu günüdür.
News24.az xəbər verir ki, Ramazan təqviminə əsasən, fevralın 28-i Bakıda imsak vaxtı saat 05:52, iftar isə 18:44-ə təyin olunub.
İftardan qabaq oxunan dua:
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
Onuncu günün duası:
İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin yanında feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey istəyənlərin məq-sədi!
Allah orucunuzu qəbul eləsin!