Sabah 15 dərəcə isti olacaq

Sabah 15 dərəcə isti olacaq Sosial

Dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.