Sabah yağış yağacaq

Sabah yağış yağacaq Sosial

Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir.

Səhər yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.