Sahil Babayevə müavin təyin edildi

Sahil Babayevə müavin təyin edildi Sosial

Natiq Həsənov maliyyə nazirinin müavini təyin edilib.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalanıb.

Qeyd edək ki, N.Həsənov 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

O, 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

2025-ci ilin mart ayından Maliyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışırdı.

Sahil Babayevə müavin təyin edildi