Şahin Şıxlinski barəsində həbs qərarı qüvvədə qaldı

Şahin Şıxlinski barəsində həbs qərarı qüvvədə qaldı Sosial

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.

News24.az xəbər verir ki, bu barədə URA.RU-ya hüquq-mühafizə orqanlarına yaxın mənbə məlumat verib.

Belə ki, onun vəkilinin apelyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Şahin Şıxlinski avqustun 2-də saxlanılaraq Moskvadan Yekaterinburqa aparılıb.

Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.