Sınaq müddəti ilə bağlı köhnə şərt ləğv edildi
Sosial
İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydasında dəyişiklik edilib.
News24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Daha əvvəl əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməli idi.
Qanunla sözügedən qayda qanunvericilikdən çıxarılıb.
Həmçinin, sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilə biləcək. (Trend)