Son sutkada İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - YENİLƏNDİ
Sosial
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən ölkəyə keçidi təmin olunub.
News24.az xəbər verir ki, son sutka ərzində ümumilikdə 17 vətəndaş Azərbaycana təxliyə edilib.
Bununla yanaşı, bir İtaliya vətəndaşı da "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.
Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.(Report)
09:46
İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
News24.az xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 14.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi ilə 84 nəfər - 53 Azərbaycan, 1 nəfər İtaliya, 5 nəfər Tacikistan, 3 nəfər Qətər, 4 nəfər İordaniya və 18 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə təxliyə olunub.(APA)