Soyuducu ilə zəng etmək mümkün olacaq - Yenilik

Soyuducu ilə zəng etmək mümkün olacaq - Yenilik Sosial

“Samsung” Berlində keçirilən “IFA 2024” çərçivəsində bütün məişət cihazlarını ağıllı edəcək yenilikləri açıqlayıb.

News24.az Publika.az-a istinadla verir ki, şirkətin “Smart Forward” adlı yeni layihəsində insanlar evdəki cihazlarla zəng edə biləcəklər.

“Samsung”un Proqram Təminatının İnkişafı Qrupunun vitse-prezidenti Miyoung Yoo qeyd edib ki, yenilik Araşdırma ve İnkişaf (Ar-Ge) layihəsinin bəhrəsidir:

“Soyuducu ilə zəng etmək mümkün olacaq. Bu, insanlar tərəfindən maraqla qarşılanıb. Bu funksiyaya sahib olan istifadəçilər soyuducudakı ekran və cihazdakı dinamiklə danışa biləcəklər. Yenilik ev işləri zamanı rahatlıq təmin etmək məqsədi daşıyır”.