"Süni intellekt və rəqəmsallaşma media fəaliyyətinə ciddi təsir göstərir" - Natiq Məmmədli

"Süni intellekt və rəqəmsallaşma media fəaliyyətinə ciddi təsir göstərir" - Natiq Məmmədli Sosial

Jurnalist müəyyən mövzu üzrə yazarkən həmin sahənin terminologiyasını, əsas aktorlarını, ekspertlərini və müvafiq dövlət qurumlarının səlahiyyətlərini bilməlidir. Bu, problemlərin mahiyyətini düzgün anlamağa və vətəndaş müraciətlərini peşəkar şəkildə təhlil etməyə imkan verir.

News24.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi artıq 5 ildir ki, cəmiyyətin media savadlılığının yüksəldilməsi istiqamətində proqramlar həyata keçirir və minlərlə insan bu təşəbbüslərə cəlb olunub.

N.Məmmədli vurğulayıb ki, dezinformasiyanın yayılma risklərinin artdığı şəraitdə vətəndaşların xəbərin doğruluğunu qiymətləndirmə bacarıqlarının gücləndirilməsi prioritetdir: “Süni intellekt və rəqəmsallaşma media fəaliyyətinə ciddi təsir göstərir və jurnalistlər üçün informasiya etibarlılığının yoxlanması daha da əhəmiyyət kəsb edir”.