Susqunluq cinayəti böyüdür – kəskin xəbərdarlıq gündəm oldu
Sosial
"Hər gün yetkinlik yaşına çatmayan qızların nişanlanması, psixoloji şiddətə məruz qalması, təhsildən yayınması və azyaşlı övladına qarşı ehtimal olunan seksual hərəkətlər barədə müraciətlər daxil olur".
News24.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bütün bunların qarşısını almaq üçün cəzalar ictimailəşdirilməli, davamlı olaraq cəmiyyətdə müzakirə edilməlidir və bu cür hərəkətlərə qarşı susmaq olmaz.
“Hal-hazırda 16 yaşlı qızı qəbul edirik. Operativ olaraq müraciəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsinə istiqamətləndirdik, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Xəzər rayon Ailələrə dəstək mərkəzi,eləcə də Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşları dərhal ailəyə gedib akt tərtib edib,qızı yerləşdirmək üçün “Azerbaijan Children Union /Azərbaycan Uşaqları” İctimai Birliyinə gətirib.
Digər 2 müraciətin biri hal-hazırda araşdırılır, azyaşlılarla 3-cü müraciət Suraxanı Polis İdarəsi, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən aktlaşdırılır”, – paylaşımda deyilir.