Tanınmış plastik cərrahın sertifikatı ləğv olundu - FOTO

Tanınmış plastik cərrahın sertifikatı ləğv olundu -  FOTO Sosial

Tanınmış plastik cərrah Mübariz Məmmədlinin sertifikasiya Səhiyyə Nazirliyi tərəfindən ləğv olunub.

News24.az xəbər verir ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən 2020-ci il tarixli sertifikasiya şəhadətnaməsinin əsaslılığı təsdiq olunmayıb.

Bu səbəbdən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə M.Məmmədlinin sertifikasiya şəhadətnaməsi ləğv olunub.məhkəmədə bildirib ki, Mübariz Məmmədlinin plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və ona sertifikasiya şəhadətnaməsi verilib. Onun qeyd edilən ali ixtisaslı tibb təhsilinə malik olmaması işin mübahisəsiz haldır.

Məhkəmə instansiyaları M.Məmmədlinin Səhiyyə Nazirliyinin qərarının ləğvinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, bu yaxınlarda M.Məmmədli ilə bağlı daha bir məhkəmə prosesi başa çatmışdı. O, “İnternational Medical Centre-Bakı”ya məxsus “Baku Medical Plaza”da etdiyi qüsurlu əməliyyata görə pasiyent Z.Məmmədovaya 15000 manat ödəməli olmuşdu. (Xitab24.az)


Tanınmış plastik cərrahın sertifikatı ləğv olundu -  FOTO