Tapşırıqların həlli asanlaşır, amma beyin zəifləyir: Süni intellektin təhsilə təsiri - Video

Tapşırıqların həlli asanlaşır, amma beyin zəifləyir: Süni intellektin təhsilə təsiri - Video Sosial

Artıq bir çox şagird dərslərini, tapşırıqlarını və araşdırmalarını süni intellekt proqramları vasitəsilə həyata keçirir. Bu yeni təhsil aləti həm müsbət, həm də mənfi cəhətləri ilə diqqət çəkir.

News24.az xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, şagirdlərin süni intellektdən istifadə edərək dərslərini hazırlaması həm üstünlük təmin edir, həm də tənbəlliyə yol aça bilər.

Ekspert əlavə edir ki, gələcək illərdə süni intellektdən bütün təhsil müəssisələrində geniş şəkildə istifadə olunması gözlənilir. Məktəblər bu dəyişikliklərə indidən uyğunlaşmalı, həm müəllimlər, həm də şagirdlər süni intellektdən düzgün və məqsədyönlü istifadə qaydalarını öyrənməlidirlər.

Psixoloq Aytən Ələkbərovanın fikrincə, süni intellektdən həddindən artıq istifadə insanın düşünmə prosesini zəiflədə bilər. O bildirir ki, hazır cavablara öyrəşmək insanın öz fikirlərini formalaşdırmasını çətinləşdirir və nəticədə yaradıcı düşüncənin tədricən azalmasına səbəb ola bilər.

Daha ətraflı RTV-nin videomaterialında:

Vüqar Cəfərov