Tibbi avadanlıqlar həyətə atıldı? - Rəsmi açıqlama

Tibbi avadanlıqlar həyətə atıldı? - Rəsmi açıqlama Sosial

Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın Kardiologiya İnstitutunun həyətindən yayılan görüntülər ictimai müzakirələrə səbəb olub. İddialara görə, təmir işləri aparılan ərazidə tibb müəssisəsinə məxsus avadanlıq və müxtəlif inventarlar açıq havada, yağış və qar altında, heç bir mühafizə tədbiri görülmədən saxlanılır.

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Nərimanov Tibb Mərkəzindən bildirilib ki, hazırda ərazidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir:

"Nərimanov Tibb Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq istifadəyə yararsız inventarlar xəstəxana binasından kənarlaşdırılıb. Həmin inventarlar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən siyahıdan silindikdən sonra utilizasiya ediləcək".