Ötən ay reseptsiz dərman satışı edən aptek sayı açıqlandı – RƏSMİ
Sosial
Cari ilin yanvar ayı ərzində aparılan yoxlamalar nəticəsində 1 aptekdə reseptlə buraxılmalı olan dərman vasitəsinin reseptsiz satışı müəyyən edilib.
News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövründə bu say 8 olub.
"Bütün hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi üzrə protokollar tərtib edilib", – məlumatda qeyd olunub. (Teleqraf)