Tovuzda məktəb direktoru işdən çıxarıldı

Tovuzda məktəb direktoru işdən çıxarıldı Sosial

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov işdən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən News24.az-a verilən məlumata görə, bu barədə agentliyin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Elşad Kərimov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.