Ucqar bölgələrdə yeni təhsil planı – Distant dərs gündəmdə
Sosial
Hazırkı qanunvericiliyə əsasən, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə distant təhsil xidməti nəzərdə tutulmur.
News24.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, ucqar yaşayış ərazilərində müəllim təminatı həyata keçirilməyən və təhsil almaq üçün şəraitin olmadığı bölgələrdə şagirdlərin distant təhsil alması imkanı nəzərdən keçirilir.