Uşaq xərçənginin müalicəsi sığortaya daxil edilir
Sosial
Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi 2027-ci ildən Xidmətlər zərfinə daxil ediləcək.
News24.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, icbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin sığorta ödənişləri mərhələli şəkildə tətbiq olunacaq:
"2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi təmin ediləcək. Eyni zamanda, uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün 2027-ci ildən etibarən ayrıca layihə hazırlanır".