Vəli Əkbəri Nəcəf Həsənov əvəzlədi – AZTV-də kadr dəyişikliyi
Sosial
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədov Vəli Əkbəri İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsindən azad edib.
News24.az xəbər verir ki, onun yerinə tanınmış jurnalist Nəcəf Həsənov gətirilib.
Qeyd edək ki, bir müddət əvvəl Vəli Əkbərin səhhətində ciddi problemlər yaşanıb. Onun ürək əməliyyatı keçirəcəyi bildirilir. Mənbənin verdiyi məlumata görə, o, Televiziya Akademiyasına prorektor təyin edilib. (Konkret.az)