Xocalının yaddaşlardan silinməyən FOTOSU – onlar kim idi?

Xocalının yaddaşlardan silinməyən FOTOSU – onlar kim idi? Sosial

Xocalıdakı dəhşətli soyqırımın görüntülərindən biri də təqdim olunan bu fotodur. Bu foto Xocalı soyqırımının ifadəçisi kimi istifadə olunan görüntülərdən biridir.

News24.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev fotodakı Xocalı soyqırımı qurbanları haqda məlumat verib.

“Ermənilərin vəhşicəsinə qətlə yetirdikləri bu şəxslər Məxmər Hüseynova, onun kiçik bacısı Məhbubə Abışova və Məhbubənin iki azyaşlı övladı — Çingiz və Çinarədir. Həmçinin kadrda Hüseynovların qohumu, 20 yaşlı Rəsmiyyənin də cəsədi var. O, ailənin digər üzvlərini qorumağa çalışarkən həlak olub. Qaça bilərdi, lakin qohumlarını tək qoymayıb. Qəhrəmancasına özünü güllə qabağına verib ki, uşaqlar sağ qalsın. Lakin özünü qurban verməsinə baxmayaraq, ermənilər uşaqları da güllələyiblər.

Ailə Xocalıdan çıxmağa çalışarkən pusquya düşüb. Şahidlərin dediyinə görə, onlar qaçarkən erməni hərbçilər tərəfindən yaxın məsafədən pulemyot atəşinə tutulublar.

Məxmər Hüseynova Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun həyat yoldaşıdır.

Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son ana qədər döyüşmüş, mühasirəyə düşərkən əsir düşməmək üçün qumbara ilə həm özünü, həm də ətrafındakı erməni terrorçuları partlatmışdır.

Tofiq Hüseynovun 3 övladı (Yasəmən, Əfsanə və Murad) sağ qala biliblər. Lakin onlar həm atalarını, həm analarını, həm də xalaları və xalası uşaqlarını eyni gecədə itirdilər”, - alim vurğulayıb. (Kult.az)

Xocalının yaddaşlardan silinməyən FOTOSU – onlar kim idi?