Təcili yardım maşını körpüdən aşdı: - xəsarət alanlar var

Təcili yardım maşını körpüdən aşdı: - xəsarət alanlar var Hadisə

Şəmkir rayon ərazisində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

News24.az report-a istinadən xəbər verir ki, Kür qəsəbəsinə çağırışa gedən ambulans idarəetmədən çıxaraq körpüdən aşıb. 

Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.