-
- 26-06-2018, 12:36
- 3 465
Sağlam böyrəklər haqqında doğru bildiyimiz - 8 YANLIŞ
BÖYRƏKLƏRDƏ DAŞIN YARANMASI, BÖYRƏK İNFEKSiyası, İRSİ BÖYRƏK XƏStƏLİKLƏRİ DÜNYADA 500 MİLYONDAN ARTIQ İNSANDA , YƏNİ HƏR 10 KİŞİDƏN BİRİNDƏ BU sadalanan XƏSTƏLİKlər MÖVCUDDUR. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkən kifayyət qədər insan var.
News24.Az böyrək xəstəlikləri haqda kiçik araşdırmanı təqdim edir. Belə ki, bu probleminin fonunda insanlar daha çox ara məlumatlarına inanır və bu məsələyə ötəri yanaşır.
“Xəstəlik zamanında müalicə olunmasa, xroniki vəziyyətə çatacaq. Bu isə, böyrək çatışmazlığı ilə nəticələnəcək” –deyə nevroloji mütəxəssis Prof.Dr.Sevgi Şahin deyir.
Beləliklə doğru bildiyimiz yalnışlar:
Doğru: Daş xəstəlikləri, şiş və kistləri çıxmaqla, böyrək xəstəlikləri ağrı bildirən xəstəlik deyil. Bəzən hər iki tərəfədə olan ağrı böyrək infeksiyaları olaraq adlandırılan piyelonefritlerdə ola bilər.
2.Yanlış: Sidiyə getmək normaldırsa böyrəklərin yaxşı işlədiyini göstərir.
Doğru: Böyrək funksiyası yüzdə 15 %-dən aşağı düşərsə sidik miqdarı azalmaz. Yəni sidiyə gedəndə onun normal miqdarda olması, sidiyə çıxarkən ağrı olmaması, hər zaman böyrəklərin yaxşı işlədiyini göstərməz.
3.Yanlış: Çox su içmək böyrəkləri təmizləyər.
Doğru: Böyrəklər öz normasında sağlam çalıştığında gündəlik alınan su miqdarının çox olmasının bir önəmi yoxdur. Böyrək daşı xəstəliyində isə gündəlik su miqdarının 2 litrdən artıq qəbulu böyrək daşının təkrarlama ehtimalını 60 % azaldır. Ancaq böyrək funksiyası pozulduğunda, böyrəyin artıq maddələri orqanizimdən təmizləməsi üçün gündəlik 2 litrdən artıq su içmək lazımdır.
4.Yanlış: Antibiotik istifadə etmək böyrəklərə zərərlidir.
Doğru: Antibiotik istifadəsinin lazımlı olduğu durumlar, bakterialarla bağlı yaranan infeksialardır. Ciddi infeksialar müalicə edilmədiyində böyrəklərə təsir edər. Bundan başqa antibiotiklər infeksiyalara uyğun şəkildə və uyğun zamanda aparılarsa böyrəklərə zərər verməz.
5.Yanlış: Təyziq dərmanları böyrəklərdə hasar yaradır.
Doğru: Yüksək təyziq nəzarət altında olmadığında ürək, beyin və böyrəklərə zərər verir. Təyziq qalxdığında vaxtında müalicə olunmazsa böyrək çatışmazlığı ilə sonlana bilir.
6.Yanlış: Xəstəliklərdə dərman əvəzinə bəzən bitkilərindən istifadə etməklə böyrəklərimizi dərmanların zərərli təsirlərindən qoruya bilərik.
Doğru: Alternativ müalicələr, xalq arasında yayılmış bitkilərdən istifadə etmək bəzən təsirindən xəbərsiz olduğumuz allergiya yolu ilə nefrit adlandırılan xəstəliklərə yol açar.
7.Yanlış: Süd və süd məhsullarından istifadə böyrək daşı yaradar.
Doğru: Tam əksinə, kalsiumdan az yararlanmaq böyrək daşı ehtimal artırır. Kalsiumla zəngin olan süd və süd məhsullarını bilinən bir miqdarda istifadə etmək böyrək daşı təhlükəsini azaldır. Ancaq kalsium tərkibli dərmanların qəbulu daşın yaranma ehtimalını çoxaldır.
8.Yanlış: Çox çay içmək böyrək daşı yarada bilər.
Doğrusu: Əksinə olaraq, çox çay içmək böyrək daşı təhlükəsini azaldır. Lakin çox qəhvə içmək həmin daşı yarada bilər.
//News24.az