Türkiyədə 5,3 bal gücündə yeni zəlzələ olub
    • 25-02-2023, 15:00
    • 279

Türkiyədə 5,3 bal gücündə yeni zəlzələ olub

Türkiyənin Niğde vilayətinin Bor rayonunda zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 13:27-də baş verən yeraltı təkan 5,3 bal gücündə, 7 km dərinlikdə qeydə alınıb.