Zelenski Rusiya təyyarəsinin vurulduğunu açıqlayıb
    • 26-02-2023, 22:23
    • 138

Zelenski Rusiya təyyarəsinin vurulduğunu açıqlayıb

Fevralın 26-da Ukraynanın Donetks vilayətinin Avdeevka rayonunda Rusiyanın təyyarəsi vurulub.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.

“Bu qələbəni yaxınlaşdıran hər kəsə təşəkkür edirəm, müvəqqəti işğal olunmuş ərazilərdə insanlarımıza kömək edən hər kəsə minnətdaram. İndi döyüşdə olan hər kəsə eşq olsun! Yeri gəlmişkən, mən bu gün Avdeevka yaxınlığında düşmənin daha bir təyyarəsini vuran 110-cu ayrı mexanikləşdirilmiş briqadanın uşaqlarına xüsusi minnətdaram”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Hərbi Hava Qüvvələri Komandanlığı və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurulan təyyarə ilə bağlı hələlik məlumat verməyib.