Zelenski Rusiyanın itkilərinin sayını açıqladı
    • 1-03-2022, 15:54
    • 1 680

Zelenski Rusiyanın itkilərinin sayını açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıb.

News24.az xəbər verir ki, Ukrayna başçısı bu barədə "Facebook" hesabında xalqa videomüraciətində bildirib.

Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri indiyədək 6 minə yaxın Rusiya hərbçisini məhv edib, 200 nəfəri əsir götürüb. Rusiya isə real itkilərini gizlədir.

“Ukraynanın Xarkov şəhərindəki Azadlıq meydanına zərbə endirdikdən sonra Rusiya terrorçu dövlətdir. Xarkov və Kiyev indi Rusiya üçün daha vacib hədəfdir. Bizi sındırmaq, müqavimətimizi qırmaq üçün terror törədirlər. Onlar bizim paytaxtımıza doğru hərəkət etdikləri kimi Xarkova da girməyə çalışırlar. Ona görə də paytaxtın müdafiəsi dövlətimiz üçün başlıca məsələdir”.